Finlandiya prezidenti Alexander Stubb bəyan edib ki, yaxın günlər Ukraynadakı münaqişənin həlli üçün həlledici olacaq.
“Növbəti günlər Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün səylərimizdə həlledici olacaq”, – o X-də yazıb.
Finlandiya prezidenti əlavə edib ki, o, NATO-nun baş katibi Mark Rutte və Vladimir Zelenski ilə telefonla danışıb. O, həmçinin qeyd edib ki, Ukraynanın gələcəyi özündən, Avropanın təhlükəsizliyi isə Avropadan asılıdır. (Tass)
