İsrailin Qəzzanı ağır bombardmanları davam edərkən, baş nazir Benyamin Netanyahu soyqırım sayılan qırğınlardan sonra işğalçı İsrailə reaksiya verən və sanksiyalara hazırlaşan ərəb ölkələrinin liderlərini açıq şəkildə təhdid etdi. Netanyahu, “Mən ərəb liderlərinə deyirəm. Gücünüzü və maraqlarınızı qorumaq istəyirsinizsə, edə biləcəyiniz yalnız bir şey var. “Və bu, səsinizi susdurmaqdır” deyib.