İyun 15, 2026-8:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Uşaqlıq boynu xərçəngindən azad gələcək nəslə doğru: Tədqiqatdan tətbiqə” mövzusunda milli seminar keçirilib

2025:11:26 - 15:43
in SOSİAL
A A

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “Uşaqlıq boynu xərçəngindən azad gələcək nəslə doğru: Tədqiqatdan tətbiqə” adlı milli seminar təşkil olunub. Tədbirdə səhiyyə və tibb müəssisələrinin, müvafiq dövlət qurumları və təşkilatların nümayəndələri, mütəxəssislər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, seminarda insan papilloma virusu (İPV) peyvəndinin qadın sağlamlığı və xərçəngin qarşısının alınmasında roluna dair sübuta əsaslanan məlumatlar təqdim olunub, peyvəndin tətbiqinə hazırlıq məqsədilə ölkəmizdə aparılmış yerli tədqiqatların nəticələri müzakirə edilib.

Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova, İSİM-in direktor müavini Qəhrəman Haqverdiyev, ÜST Avropa Regional Bürosunun İmmunizasiyada ədalətlilik üzrə eksperti Brett Craig açılışda çıxış ediblər. Təşkil edilən seminarın Azərbaycanda uşaqlıq boynu xərçənginin qarşısının alınması sahəsində ən son elmi nailiyyətlərin tətbiqi yolunda mühüm addım olduğu vurğulanıb.

Qeyd edək ki, seminar Azərbaycanın milli səhiyyə strategiyalarını ÜST-nin Uşaqlıq Boynu Xərçənginin Ləğvi üzrə Qlobal və Regional Strategiyaları və Avropa İmmunizasiya Gündəliyi 2030-un məqsədlərinə uyğunlaşdırmaq öhdəliyini əks etdirir.

Əvvəlki Yazı

Sumqayıtda klinikada qadının iynədən sonra ölməsinin səbəbi açıqlanıb

Növbəti Yazı

Prezident İslam Həmrəyliyi Oyunlarında uğur qazanan idmançıları mükafatlandırdı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.