İyun 15, 2026-9:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Sumqayıtda klinikada qadının iynədən sonra ölməsinin səbəbi açıqlanıb

2025:11:26 - 15:43
in HADİSƏ
A A
Sumqayıtda qadına həkim təyinatı əsasında “Aktoseril” preparatının inyeksiyası icra edildikdən sonra o ölüb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1953-cü il təvəllüdlü qadın yüksək təzyiq şikayəti ilə bağlı Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edib.

Xəstəyə həkim təyinatı əsasında “Aktoseril” preparatının inyeksiyası icra edilib. İnyeksiya zamanı xəstənin halı pisləşib, qəfil və sürətlə inkişaf edən anafilaktik şok reaksiyası baş verib.

Tibb personalı anafilaktik vəziyyətlərlə bağlı mövcud klinik protokollara uyğun olaraq dərhal təcili tibbi yardım tədbirləri görülüb, pasiyentin həyat fəaliyyətinin bərpası üçün bütün zəruri müdaxilələr ardıcıl şəkildə icra edib.

Bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq şəxsin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

“Qeyd edək ki, prosedur tibbi təyinat və elektron qeydiyyat əsasında, preparatın seriya nömrəsi və yararlılıq müddəti yoxlanıldıqdan sonra sanitariya-gigiyena tələblərinə tam riayət edilməklə sertifikatlı tibb bacısı tərəfindən icra olunub. İnyeksiya otağı normativlərə uyğun şəkildə təchiz edilib, o cümlədən anafilaktik şok zamanı tələb olunan adrenalin, antihistamin preparatlar, tibbi avadanlıq və reanimasion vasitələr tam hazır vəziyyətdə olub. Hadisə baş verən anda tibbi heyət tərəfindən Təcili Yardım Protokolları üzrə bütün müvafiq müdaxilələr vaxtında və düzgün şəkildə həyata keçirilib”, – TƏBİB-in məlumatında qeyd edilib.

Əvvəlki Yazı

Naxçıvandakı duz istehsalı müəssisəsində texniki müayinə aparılacaq

Növbəti Yazı

“Uşaqlıq boynu xərçəngindən azad gələcək nəslə doğru: Tədqiqatdan tətbiqə” mövzusunda milli seminar keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.