İyun 14, 2026-23:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bakıda I Gənc Dəmiryolçular Forumu keçirilib

2025:11:26 - 16:11
in İQTİSADİYYAT
A A

Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası çərçivəsində I Gənc Dəmiryolçular Forumu keçirilib.

“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, forumda gənc dəmiryolçuların inkişafına dəstəyin vacibliyi vurğulanıb, müxtəlif istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin təmin edilməsi barədə geniş müzakirələr aparılıb, həmçinin dəmiryolçu bacarıqlarının praktiki tətbiqi üzrə yarışma təşkil olunub.

Müzakirələrdən sonra MDB ölkələrinin gənclər siyasəti sahəsində əməkdaşlığı haqqında Bakı Bəyannaməsi qəbul edilib.

Bəyannamədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın dəmiryol qurumlarının gənc mütəxəssisləri tərəfindən Şuranın müxtəlif mədəniyyətləri təmsil edən gənclərin birgə inkişafındakı müsbət rolu yüksək qiymətləndirilib.

Sənəd çərçivəsində Şura və gənc dəmiryolçular arasında müntəzəm fikir mübadiləsinin aparılması, müasir gəncliyin maraq dairəsində olan aktual məsələlər barədə təkliflərin hazırlanması, müxtəlif tədbirlər vasitəsilə mədəni mübadilənin gücləndirilməsi, sağlamlığın təşviqi, təhsil, özünüinkişaf və gənclər siyasəti haqqında birgə proqramların həyata keçirilməsi barədə razılıq əldə edilib.

Forumda dəmiryol sənayesində gənclərin iştirakının genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyi bəyan edilib.

Əvvəlki Yazı

Azərbaycan və Koreya rəqəmsal bankçılığın inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalayıb

Növbəti Yazı

Vizasız səfər ölkələr arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirir ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.