İyun 14, 2026-17:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

EAPCA-nın təltif etdiyi Azərbaycan jurnalistlərinə mükafatlar təqdim olunub

2025:11:26 - 17:31
in SİYASƏT
A A

Avro-Atlantika Azərbaycanlıları Tərəfdaşlıq Şurası (EAPCA) Avropa və Atlantik məkanında fəaliyyət göstərən Azərbaycan təşkilatlarının informasiya mühitindəki roluna görə Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi münasibətilə təltif etdiyi jurnalistlərə mükafatlar təqdim edib.

“Report” xəbər verir ki, təqdimetmə mərasimində təşkilat rəsmiləri, Milli Məclisin deputatları və jurnalistlər iştirak ediblər.

Çıxış edən EAPCA-nın Baş katibi Sahil Qasımov təşkilatın fəaliyyəti barədə iştirakçılara məlumat verib.

Daha sonra təqdimetmə mərasimi baş tutub.

Tədbir çərçivəsində jurnalistlərə Şuranın “Şərəf Medalı” və “Honorary Diploma” təqdim olunub. Bildirilib ki, bu yüksək mükafat onların həm ölkə daxilində, həm də beynəlxalq informasiya müstəvisində jurnalistikanın inkişafına verdikləri mühüm töhfəyə görə təqdim olunub.

Mərasimdə “Report İnformasiya Agentliyi” MMC-nin direktoru Fuad Hüseynəliyevə “Şərəf Medalı” təqdim edilib.

Aşağıdakı jurnalistlər isə “Honorary Diploma” ilə təltif olunublar:

1. Aygün Həsənova – Azərbaycan Respublikasının Əməkdar jurnalisti

2. Elman Mustafazadə – “Xudafərin körpüsü” jurnalının rəhbəri (Niderland Krallığı)

3. Elnaz Ağaxan – Sərbəst jurnalist (Niderland Krallığı)

4. Elşən Şahbalayev – AZƏRTAC-ın informasiya resursları redaksiyasının baş redaktoru

5. Elzar Ağayev – AzTV-nin Şərqi Avropa üzrə müxbiri (Belçika)

6. Murad Əliyev – YURD.MEDİA saytının baş redaktoru

7. Sabina Ağayeva – REAL TV-nin baş redaktoru

8. Seyfulla Türksov – “İpək yolu Strateji Araşdırmalar Mərkəzi”nin rəhbəri, jurnalist-yazar

9. Şahin Abbasov – ATV-nin Almaniya üzrə müxbiri

10. Vasif Həsənli – Demokrat.az saytının rəhbəri

11. Vüqar Abbasov – Sərbəst jurnalist, “Connect” təşkilatının sədri (Niderland Krallığı)

12. Vüqar Seyidov – AZƏRTAC-ın xüsusi müxbiri (Macarıstan)

13. Xətirə Sərdarqızı – REAL TV-nin Avropa üzrə müxbiri

14. Yusif Babanlı – AZƏRTAC-ın xüsusi müxbiri (ABŞ)

15. Zamiq Yunisov – İnterval.az və VIPHD.az saytlarının rəhbəri

Qeyd edək ki, EAPCA 2024-cü il fevralın 25-də Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyində təsis edilib.

EAPCA Avro-Atlantik coğrafiyasında fəaliyyət göstərən transmilli lobbiçilik və tərəfdaşlıq platformasıdır.

Təşkilat beynəlxalq müstəvidə BMT, Avropa Parlamenti, UNESCO, ATƏT-in Varşava ofisi, Cenevrə və digər Avropa ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq edir. EAPCA-nın baş katibi Sahil Qasımov BMT və UNESCO tribunalarından çıxışlar edir. İdarə Heyətinin üzvləri isə Belçika, Lüksemburq, Niderland, İspaniya, Finlandiya, Türkiyə və digər ölkələrin rəsmi qurumları ilə əməkdaşlıq edirlər.

 

 

Əvvəlki Yazı

Terminologiya elminə dəyərli töhfə

Növbəti Yazı

Azərbaycan kriptoqrafik mühafizə vasitələrinin test olunmasına hazırlaşır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.