Brüssel Tbilisi ilə danışmaqdan qorxur, çünki gürcü tərəfi avropalı bürokratları maraqlandıran istənilən mövzuda əsaslandırılmış məlumat verməyə hazırdır. Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili məlumat verib.
“Başa düşdüyüm qədər, Gürcüstan tərəfi ilə danışmaqla bağlı müəyyən qorxular var və bu qorxular əslində bizdən məlumat almağa aiddir. Biz heç vaxt real məlumat verməkdən çəkinməmişik”, – Boçorişvili Gürcüstan İctimai Yayımının Birinci Kanalına müsahibəsində deyib.
Avropa Komissiyasının sözçüsü Anitta Hipper daha əvvəl Aİ-Gürcüstan insan haqları dialoqu görüşünün təxirə salındığını açıqlamışdı. Avropa Komissiyası ləğvin səbəblərini açıqlamayıb. (Tass)
