Fiziki şəxslərin xarici valyutada əmanətlərinin payı 4.1 faiz bəndi azalaraq 35.1%-ə enib.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov özünün “X” sosial şəbəkəsində paylaşımı zamanı bildirib.O qeyd edib ki, hüquqi şəxslərin xarici valyutada depozitlərinin payı isə 10.8 faiz bəndi azalaraq 42% təşkil edib.