Avqust 21, 2026-13:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Əhməd İsmayılov: Azərbaycan Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışır

2025:11:28 - 10:45
in SİYASƏT
A A

Azərbaycan Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.

O qeyd edib ki, bugünkü tədbirdə iştirak Türk dünyasının media əməkdaşlığının gücləndirilməsinə xidmət edir:

“Azərbaycan Prezidentinin rəhbərliyi ilə media sahəsində inkişafa xüsusi diqqət göstəririk. Bu il Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi qeyd olundu. Media sahəsində xidmətlərinə görə bir sıra jurnalistlər təltif olunublar. Azərbaycan hər il Şuşa Media Forumunu həyata keçirir. Dövlət başçısının iştirakı ilə keçirilən bu tədbirdə Türk dövlətləri də aktiv iştirak edirlər. Həmçinin, hər il dekabr ayında “Media savadlılığı” layihəsi həyata keçirilir ki, bu da jurnalistlərin, media mütəxəssislərinin tənqidi düşüncəsinə, inkişafına mühüm töhfə verir”.

Ə.İsmayılov əlavə edib ki, Azərbaycan TDT-ni təkcə iqtisadi-siyasi təşkilat kimi yox, həm də dezinformasiya, hibrid informasiya təhdidləri ilə mübarizə platforması kimi görür.

“İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk. 2025-ci ildə Azərbaycanın digər Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı olduqca dərinləşib”, – o qeyd edib.

Əvvəlki Yazı

Mürsəl İbrahimov Xaçmazda vətəndaşları qəbul edəcək

Növbəti Yazı

Özbəkistanın təhsil işçiləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.