Türkiyənin Ankara şəhərində Bakı Dövlət Universiteti (BDU) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş “Bir millət, iki dövlət” adlı beynəlxalq elmi konfrans işə başlayıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyev tərəfindən 2001-ci il martın 16-da Ankara Universitetinin həyətində, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün heykəlinin yanında əkdiyi ağac ziyarət olunub.
Qeyd edək ki, 2020-ci il dekabrın 14-də ağacın yanında xatirə lövhəsinin açılışı olub. Lövhənin üzərində ağacın əkilmə tarixi və həmin anları xatırladan foto həkk olunub.