Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukrayna münaqişəsində vaxt Rusiyanın tərəfindədir və Avropa-Rusiya arasında yüksək səviyyəli danışıqlar dərhal başlamalıdır.
Ritorika.az xəbər verir ki, o vurğulayıb ki, sülh uzandıqca, Ukrayna daha çox insan və ərazi itirəcək.
Orban qeyd edib ki, Rusiya tədricən qlobal iqtisadiyyata reinteqrasiya olunacaq, sanksiyalar aradan qaldırılacaq və biznes bərpa olunacaq. Eyni zamanda, Avropa vətəndaşlarının Ukraynaya dəstək üçün xərclədiyi və xərcləyəcəyi vəsait tamamilə Avropa tərəfindən ödənilib.
Baş nazir əlavə edib ki, uzunmüddətli perspektivdə Avropanın hərbi potensialı gücləndirilməli, silahların artırılması isə Rusiya ilə silahlara nəzarət sazişi çərçivəsində məhdudlaşdırılmalıdır.
Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin və Orban Moskvada görüşüb. Bu, onların 13-cü görüşü olub və telefon əlaqələrini də aktiv saxlayırlar.
Ritorika.az
