Noyabrın 30-da keçirilən prezident seçkilərində bülletenlərin 34,25%-i işləndikdən sonra 40,62% səslə Honduras Mühafizəkar Milli Partiyasının namizədi Nəsri Asfura liderlik edir. Bu barədə yerli televiziyada yayımlanan mətbuat konfransında Milli Seçki Şurasının sədri Ana Paola Holl bildirib.
İkinci yerdə 38,78% səslə sağ mərkəzçi Liberal Partiyasından Salvador Nasralladır. Üçüncü yeri 19,60% səslə hakim Azadlıq və Yenidənqurma Partiyasının üzvü Rixi Monkada tutur.
Ölkədə prezident seçkiləri bir turda keçirilir və qalib sadə səs çoxluğu ilə müəyyən edilir. (Tass)
