ABŞ Venesuela prezidenti Nikolas Maduronun dərhal istefa verəcəyi təqdirdə ölkəni tərk edərkən onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır, Miami Herald mənbələrə istinadən yazır.
Mənbələr iddia edir ki, ABŞ Maduro indi istefa verərsə, Venesuela prezidentinin özünün, həmçinin onun həyat yoldaşı və oğlunun “təhlükəsiz gedişinə” zəmanət verməyə hazırdır. Nəşr yazır ki, Karakas siyasi nəzarətin müxalifət qüvvələrinə verilməsini, lakin silahlı qüvvələrə komandanlığın hazırkı rəhbərlikdə saxlanmasını təklif edib.
Mənbələrdən birinə görə, liderlərin telefon danışığı “birbaşa qarşıdurmadan qaçmaq üçün son addım” idi. The Miami Herald iddia edir ki, zəng Braziliya, Qətər və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilib. (Tass)
