İyun 1, 2026-0:48
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MÜSAHİBƏ

Azərbaycanı xaricdə təmsil edən, altı dil bilən gənc bəstəkar – Sara Əmirian Dilruba

2025:12:01 - 14:32
in MÜSAHİBƏ
A A
Azərbaycanın gənc istedadları son illər beynəlxalq səhnədə daha parlaq görünür. Yaradıcılığı, peşəkarlığı və yenilikçi yanaşması ilə seçilən bu gənclər ölkəmizin mədəniyyətini, sənətini və intellektual potensialını müxtəlif ölkələrdə uğurla təmsil edirlər. Onlar dünya auditoriyasına Azərbaycan adını yalnız tanıtmır, həm də yeni nəsil düşüncəsinin gücünü göstərirlər. Sənət, elm, musiqi və mədəniyyət layihələrində iştirak edən bu gənclərin fəaliyyətində həm fərdi istedad, həm də milli dəyərləri beynəlxalq platformalara daşımaq məsuliyyəti hiss olunur.

Belə gənclərdən biri də Azərbaycan musiqi mədəniyyətinin yeni nəsil təmsilçilərindən olan bəstəkar, pianoçu Sara Əmirian Dilrubadır. O, həm yaradıcılığı, həm də beynəlxalq səviyyədə mədəniyyətimizi təmsil etməsi ilə seçilir. Əsərləri Azərbaycan, Avropa və Asiyanın müxtəlif şəhərlərində səslənir, iştirak etdiyi festivallardan mükafatlarla qayıdır. Azərbaycan Respublikasının Gənclər Mükafatı (2022) laureatı olan Sara hazırda multidissiplinar incəsənət fəaliyyəti və mədəniyyət layihələri üzrə peşəkar fəaliyyətini davam etdirir.

AZƏRTAC-ın müxbiri istedadlı musiqiçi ilə həmsöhbət olub.

– Sara xanım, musiqiyə gəlişiniz necə başladı?

-Musiqiyə gəlişim həm ailə mühitindən, həm də çox erkən yaşlarımda piano ilə tanışlığımdan qaynaqlanır. Anam pianoçu olduğu üçün evimizdə həmişə musiqi səslənirdi. İlk piano dərslərimi də ondan almışam. Uşaqlıqdan musiqi mənim üçün sadəcə məşğuliyyət deyil, nəfəs aldığım təbii bir məkana çevrilib. Sonralar həm piano, həm də bəstəkarlıq üzrə təhsil aldıqca bu sənət məndə daha da dərinləşdi.

– Niyə məhz dəstəkarlıq ixtisasını seçdiniz?

-Tütək və piano mənim ilk sevdiyim alətlər olsa da, içimdəki ən güclü çağırış həmişə bəstəkarlıq olub. 11 illik musiqi təhsilim ərzində müxtəlif müəllimlərdən dərs almışam. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında professor Aydın Azimovun sinfində təhsil almağım isə mənim üçün dönüş nöqtəsi oldu və yaradıcılıq istiqamətimi möhkəmləndirdi.

– Bəstələrinizin əsas ilham mənbələri nələrdir?

-İlhamımı mənəvi təcrübələrimdən, Azərbaycan musiqisinin zəngin köklərindən və səfərlərimdə tanış olduğum müxtəlif mədəniyyətlərdən alıram. Bəzən bir səs, bəzən bir ritm, bəzən isə ani hiss bütöv bir kompozisiyanın yaranmasına səbəb olur.

– Təhsilinizi xaricdə davam etdirməyinizin səbəbi nə idi?

-Azərbaycan musiqi məktəbi mənim üçün çox güclü baza oldu. Avropada oxumaq isə özümü daha geniş mühitdə sınamaq və müxtəlif metodologiyalarla tanış olmaq demək idi. Barselonada Escola Superior de Música de Catalunya (ESMUC) da musiqi terapiyası üzrə magistr təhsili alaraq bu sahədə ilk azərbaycanlı olmaq mənim üçün xüsusi bir mərhələdir. Musiqinin psixoloji və sosial təsirləri ilə bağlı biliklərim burada yeni dərinlik qazandı.

– Musiqi terapiyası ilə məşğul olmağa necə başladınız?

-Musiqi terapiyasına marağım musiqinin insan psixologiyasına təsirini illərlə müşahidə etməyimdən yarandı. Mən musiqini həm estetik, həm də şəfa verən bir qüvvə kimi görürəm. Bu sahə mənə insanların emosional dünyasına musiqi vasitəsilə daha dərindən toxunmaq imkanı verir.

– Azərbaycandakı və Avropadakı musiqi təhsili arasında hansı əsas fərqləri görürsünüz?

-Ən böyük fərq yaradıcı sərbəstlikdir. Avropada tələbəyə həm texniki, həm yaradıcılıq baxımından geniş seçim azadlığı təqdim olunur. Azərbaycanda isə sistem daha akademikdir, klassik baza çox güclüdür. Hər iki modelin öz üstünlükləri var və mən hər iki yanaşmanın sintezini qiymətləndirirəm.

– Beynəlxalq festivallarda hansı çıxışlar sizin üçün daha yaddaqalan olub?

-2019-cu ildə Almaniya və Türkiyədə qazandığım birinciliklər xüsusi əhəmiyyət daşıyır. Bu uğurlar yeni yaradıcılıq mərhələsinə keçidim ilə üst-üstə düşdü və mənə böyük motivasiya verdi. Uşaqlıq illərimdə Azərbaycanda aldığım mükafatların isə emosional dəyəri daha fərqlidir.

– Azərbaycan musiqisini xaricdə təmsil etmək sizin üçün nə ifadə edir?

-Bu, mənim üçün şərəfdir. “Return to Khojaly” layihəsində çıxış etmək, Romada mədəniyyət elçiləri toplantısında ölkəmizi təmsil etmək böyük məsuliyyətdir. Hər bir beynəlxalq səhnədə səslənən Azərbaycan əsəri mədəniyyətimizin gücünü göstərir.

– Hazırda hansı layihələr üzərində çalışırsınız?

-Hazırda yeni orkestr əsərləri və musiqi terapiyası layihələri üzərində işləyirəm. Paralel olaraq, Azərbaycan musiqisinin beynəlxalq platformalarda daha geniş tanıdılması üçün layihələr hazırlayıram. Beynəlxalq incəsənət diplomatiyası və müəllimlik fəaliyyətimi də davam etdirməyi planlaşdırıram.

– Bir neçə dili bilməyiniz karyeranıza necə təsir edir?

– Hazırda 6 dil bilirəm, əlavə olaraq 2 dili öyrənirəm. Musiqi universal dildir, amma əlaqə qurmaq və əməkdaşlıq üçün çoxdillilik böyük üstünlükdür. Bu, beynəlxalq layihələrdə həm ünsiyyəti, həm də yaradıcılıq prosesini asanlaşdırır.

– Sonda gənc musiqiçilərə nə demək istərdiniz?

-Ən vacib iki məqam səbir və özünə inamdır. Nəticədən əvvəl prosesi sevsinlər. Çünki böyük uğurlar məhz addımların davamlı toplanması ilə yaranır.

 

Əvvəlki Yazı

Almaniyada ADA Universiteti məzunlarının forumu keçirilib

Növbəti Yazı

Mərkəzi Elmi Kitabxananın “İnformasiya bülleteni”nin üçüncü nömrəsi işıq üzü görüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.