Dawn mənbələrinə istinadən xəbər verir ki, Pakistan və Əfqanıstan rəsmiləri arasında sərhəddəki vəziyyəti həll etmək üçün aparılan son danışıqlar yenə də nəticə vermədi.
Noyabrın 30-da Ər-Riyadda Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Pakistan və Əfqanıstan arasında bağlı qapılar arxasında keçirilən danışıqlar iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişə nail ola bilməyib. İslamabad və Kabil heç bir çeviklik nümayiş etdirməyib və transsərhəd terrorizm məsələsində güzəştə getməkdən imtina ediblər. Nəşr qeyd edir ki, danışıqlar zamanı Pakistan Səudiyyə Ərəbistanının Əfqanıstanla sərhəd ticarətini bərpa etmək təklifini rədd edib.
Əfqanıstanla ticarət əlaqələrinin gələcək perspektivləri ilə bağlı Pakistanın mövqeyini izah edən baş nazirin müavini və xarici işlər naziri İshaq Dar bəyan edib ki, İslamabad tezliklə ölkəyə zəruri ərzaq məhsullarının tədarükünə icazə verə bilər, ancaq BMT-nin tələbi ilə. O əlavə edib ki, “İslamabadın Əfqanıstana humanitar yardım göstərməsinə müsbət yanaşmasına baxmayaraq, Kabil Əfqanıstan torpaqlarında fəaliyyət göstərən və Pakistana hücumlar həyata keçirən terrorçulara qarşı heç bir tədbir görmür”. (Tass)
