ABŞ administrasiyası Ukrayna münaqişəsinə son qoymaq üçün razılaşma əldə edildikdən sonra Rusiyanın Qərbdəki dondurulmuş aktivlərinin geri qaytarılmasının tərəfdarıdır. Bu barədə iki avropalı diplomata istinadən Avropanın Politico nəşri məlumat yayıb.
Onların sözlərinə görə, Aİ-nin sanksiyalar üzrə xüsusi elçisi David O’Sullivan-ın bu yay Vaşinqtona səfəri zamanı ABŞ administrasiyasının rəsmiləri “ona aydınlaşdırıblar ki, onların ideyası hər hansı sülh planının imzalanmasından sonra Rusiyanın aktivlərini qaytarmaqdır”. (Tass)
