İyun 1, 2026-15:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azər Əmiraslanov: “Büdcə müzakirələri zamanı qaldırılan məsələlər nəzərdən keçirilir”

2025:12:02 - 13:50
in SİYASƏT
A A
Aidiyyəti qurumlar büdcə müzakirələri zamanı qaldırılan məsələləri nəzərdən keçirir, büdcə layihəsi III oxunuşda təqdim edilərkən bu barədə müvafiq məlumat veriləcək.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

“Büdcə müzakirələrini parlament formatı olaraq təqdir edir və qiymətləndiririk. ​Səslənən fikirlər sahəvi, regional və ictimai xarakterli olmaqla dövlət büdcəsi üçün təbii ki, əlavə maliyyə öhdəlikləri yaradır. Bununla belə, hesab edirik ki, bu fikir və mülahizələr ümumilikdə parlamentin büdcə zərfinə dəstəyini ifadə etməklə yanaşı, həm də ölkəmizin sosial-iqtisadi inkişafına, dövlət siyasətinin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsinə, o cümlədən regionlarda mövcud problemlərin həllinə xidmət edir.

​Nəzərə almalıyıq ki, büdcə prosesi bir illə məhdudlaşmır. O, davamlı və uzunmüddətli xarakter daşıyır. Bu səbəbdən də hər zaman təkmilləşməyə məruz qalır. Büdcə sisteminin təkmilləşdirilməsi mərhələlərindən biri artıq təsdiq olunmuş dövlət büdcəsinin icrasına dair hesabatın parlamentə təqdim edilməsidir. Yeni büdcə zərfinin müzakirəsi zamanı qaldırılan bir çox məsələlər və verilən suallar, həm də bir qayda olaraq, icraya dair hesabat mərhələsində cavablandırılır”, – deyə o qeyd edib.

Əvvəlki Yazı

Bakı Ali Neft Məktəbində Karyera sərgisi keçirilib

Növbəti Yazı

Siyavuş Novruzov: Vətən xaini olan AXCP və Müsavatdan başqa digər partiyalar dövlət maraqlarını dəstəkləyirlər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.