Hindistanla münasibətlərində Rusiya xarici müdaxilələrdən qorunan ikitərəfli əməkdaşlığın inkişafına diqqət yetirir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hindistan və Birləşmiş Ştatlar arasındakı tariflər, daha doğrusu, Hindistan və ABŞ arasında ikitərəfli məsələdir. Bizi narahat edən, heç kimin müdaxiləsinə imkan vermədən Hindistanla ikitərəfli işimizin həcmini necə davam etdirəcəyimiz və artıracağımızdır. Və bu, mütləq müzakirə olunacaq”, – Kremlin sözçüsü, Rusiya-Hindistan sammiti ərəfəsində Hindistan mediasının suallarını cavablandırarkən deyib.
