İyun 1, 2026-22:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub

2025:12:02 - 16:06
in MƏDƏNİYYƏT
A A
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) yaradılmasının 120 illiyinə həsr olunmuş “Həmkarlarla 120 il” tədbiri keçirilib.

Tədbirdə çıxış edən Konfederasiyanın sədri Sahib Məmmədov həmkarlar ittifaqlarının tarixi, keçdiyi inkişaf yolu və ölkəmizin ictimai həyatındakı rolu barədə danışıb. Konfederasiya sədri dövlətimizin mədəniyyət, elm, təhsil və idman sahələrinə göstərdiyi diqqət və qayğını diqqətə çatdırıb və bu siyasətin əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb.

Tədbirdə digər sahələrlə yanaşı, humanitar, sosial və mədəni sahələrin inkişafında xüsusi xidmətləri olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mədəniyyət sahəsində həyata keçirilən layihələrin əhəmiyyəti qeyd olunub.

Həmçinin Konfederasiyanın əmək hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin təmin olunması, üzvlərin sağlamlığının qorunması, istirahətinin təşkili və rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirərək mədəniyyət, idman və media sahəsində çalışan vətəndaşların əmək hüquqlarının qorunmasında təşkilatın rolunu qeyd edib.

Milli Məclisin sədr müavini Rafael Hüseynov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc və Xalq yazıçısı Çingiz Abdullayev ölkəmizin mədəni inkişafında bu sahədə çalışan şəxslərin əməyini qeyd edib, həmkarlar ittifaqlarının mədəniyyət sahəsində gördüyü işləri diqqətə çatdırıblar.

Tədbirdə Qazaxıstan və Özbəkistan həmkar ittifaqlarının nümayəndələri də çıxış edərək ölkələrimiz arasında mədəni əlaqələrdən danışıb, əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunu qeyd ediblər.

Yubiley çərçivəsində AHİK və MİHİ-nin həyata keçirdiyi layihələr və yeniliklər barədə videotəqdimatlar nümayiş olunub, bədii hissədə isə mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları təqdim edilib.

Tədbirin davamında əmək münasibətlərində sosial dialoqun inkişafına həsr olunmuş iki panel müzakirəsi keçirilib. “İşçi ilə əməkdaşlıq” və “İşəgötürənlə əməkdaşlıq” mövzularında təşkil olunan panellərdə dövlət qurumlarının nümayəndələri, həmkarlar ittifaqları təmsilçiləri və özəl sektor rəhbərləri əmək bazarının aktual məsələlərini, sosial tərəfdaşlıq imkanlarını və işçi rifahının artırılması yollarını müzakirə ediblər.

“Həmkarlarla 120 il” yubiley tədbiri MİHİ-nin ölkə mədəniyyətinin inkişafında, işçi hüquqlarının müdafiəsində və həmkar həmrəyliyinin gücləndirilməsində oynadığı mühüm rolun bir daha təsdiqi kimi qiymətləndirilib.

MİHİ mədəniyyət, incəsənət, media və idman sahəsində çalışan əməkdaşların sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində 120 illik fəaliyyətə malikdir. 1905-ci ildə “Çapçılar İttifaqı” adı ilə fəaliyyətə başlayan təşkilat ölkənin mədəni həyatında yaradıcı insanların əmək hüquqlarının müdafiəsində mühüm rol oynayıb.Report.

Əvvəlki Yazı

Milli Kitabxanada Tofiq Bakıxanovun 95 illik yubileyi qeyd olunub

Növbəti Yazı

Deputat: “Şamaxının 10 kəndində su problemi kritik vəziyyətdədir”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.