İyun 24, 2025-0:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycanın Xalq artisti Həmidə Ömərovanın yaradıcılıq gecəsi keçiriləcək

2023:11:13 - 15:38
in MƏDƏNİYYƏT
A A

Noyabrın 19-da Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində Azərbaycanın Xalq artisti Həmidə Ömərovanın yubiley yaradıcılıq gecəsi keçiriləcək. Tədbirdə Xalq artistləri Rasim Balayev, Nurəddin Mehdixanlı, Sərxan Sərxan, Gülyanaq Məmmədova, Xalidə Quliyeva və digərləri iştirak edəcəklər.

Sovet və Azərbaycan aktrisası, Azərbaycan SSR-in Əməkdar artisti (1988), Azərbaycanın Xalq artisti (2005), Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü (2021-ci ildən) Həmidə Ömərova 30-dan çox filmdə çəkilərək, 80-ci illərin ən uğurlu azərbaycanlı aktrisasına çevrilmişdi. O, “Qorxma, mən səninləyəm” (1982, rejissor Yuli Qusman) filmindəki Telli rolu ilə Azərbaycanın hüdudlarından kənarda da məşhurdur.

Həmidə Ömərova yaradıcılıq gecəsində tamaşaçılara nələrin təqdim ediləcəyi barədə fikirlərini AZƏRTAC-la söhbətində bölüşüb.

“Hər gün mənə zənglər olur. Bu tədbirə necə gəlmək barədə soruşurlar. Hamı fikirləşir ki, tədbiri mən keçirirəm. Lakin mən təşkilatçı deyiləm. Rasim Balayevin yaradıcılıq gecəsinin təşkilatçıları mənə müraciət etdilər. Mən həmin tədbirdə iştirak edirdim. Tədbir başa çatan kimi onlar mənə yaxınlaşdılar. Düzünü desəm, əvvəlcə imtina etdim… Bir var, rol oynayıb və ya kimisə təbrik etmək üçün səhnəyə çıxasan, bir də var ki, gecə tək sənə həsr olunsun”, – deyə Həmidə Ömərova qeyd edib.

Lakin təşkilatçıların, həmkarların və tamaşaçıların sevincinə rəğmən aktrisa yaradıcılıq gecəsinin keçirilməsinə razılıq verib.

“Tədbirdə mənim həmkarlarım, tanınmış artistlər iştirak edəcəklər. Sərxan Sərxan da olacaq. Biz onunla kinoda çəkilmişik, artıq neçə il keçib! Gülyanaq Məmmədova da gələcək. Yeri gəlmişkən, mən nə vaxtsa ona dərs demişəm. Başqa gözəl artistlər də olacaq. Deyirlər, onlar mənə hansısa sürpriz hazırlayacaqlar. Ancaq necə sürpriz olduğunu bilmirəm! Onlar bunu möhkəmcə gizlədirlər. Fikrimcə, gecə çox maraqlı keçəcək”, – deyə agentliyin müsahibi bildirib.

Həmidə Ömərovanın özünün proqramda iştirakına gəlincə, aktrisa xüsusi olaraq hazırlaşmamağa üstünlük verir, o, vəziyyətə görə improvizə edəcək.

“Mən ekspromtu çox sevirəm. Digər tərəfdən, ən mühümü əvvəldən hazırlanan və əzbərlənən proqram deyil, tamaşaçılarla canlı ünsiyyətdir. İnsanlar mənim monoloqlarımı dəfələrlə eşidiblər. Ancaq zal ilə söhbətləşmək heç də həmişə yaxşı alınmır. Əvvəllər biz tamaşaçılarla tez-tez görüşür, rayonlara gedərdik. Bu, insanları bir-birinə çox yaxınlaşdırır. Buna görə də hər şeydən əvvəl, mən gecənin qonaqları ilə ünsiyyət saxlayacağam, onlardan suallar gözləyəcək və bu suallara məmnuniyyətlə cavab verəcəyəm”, – deyə aktrisa əlavə edib.

Əvvəlki Yazı

Komitə sədri: “Ehtiyatda olan hərbçilərin ixtisaslaşmış reabilitasiya mərkəzləri yaradılmalıdır”

Növbəti Yazı

“Heydər Əliyev və Azərbaycan Mülki Aviasiyası-100” kitabının təqdimatı olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.