Avqust 17, 2026-12:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

STM: Azərbaycanda beyin köçü əsas narahatlıq doğuran məsələlərdən biridir

2025:12:03 - 10:42
in SOSİAL
A A

Azərbaycanda beyin köçü əsas narahatlıq doğuran məsələlərdən biridir.

“Report” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri Zahid Oruc STM-in Prezident İham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı ilə bağlı “Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm ve universitetler” mövzusunda təşkil etdiyi dəyirmi masada deyib.

“Narahatlıq doğuran daha bir hal – ölkədə qalaraq, beyin köçünə uğramaqdır. Sosial Tədqiqatlar Mərkəzinin 2024-cü ildə elmi müəssisələrdə keçirdiyi sosioloji tədqiqatın nəticələri deyilənləri təsdiqləyir. “Beyin köçü”, intellektual miqrasiya (39.7%), eləcə də kadr məsələləri və karyerada yüksəliş imkanları (38.9%), həmçinin, alimin imici (34.6%) də əsas problemlər sırasında qeyd edilib”,-o əlavə edib.

Z.Oruc daha sonra elmin maliyyələşməsindən də söz açıb:

“Ərazi və əhalicə eyni olduğumuz Avstriyada 2024-cü ildə elm xərcləri 16 milyard avro, yəni ÜDM-in 3.4 faizi olub və “tədqiqat intensivliyi” baxımından rekord göstəricidir. Ölkəmizdə son ÜDM-nin 0,3-0,5 faiz arasında elmə vəsait xərclənir. Ümumilikdə səciyyələndirilsə, elm büdcəsində illər üzrə müsbət dinamika mövcud olub. 2020-ci ildə elm xərclərinə 193 milyon ayrılıb. Əvvəlki illərdə elmə ayrılan maliyyənin bir qisminin Elmin İnkişaf Fondu tərəfindən xərclənməyib geri qaytarılması da geniş müzakirə mövzusu olub. Lakin elmin inkişafında maddi-maliyyə məsələsini, insan və düzgün idarəçilk amilindən ayırıb mütləqləşdirməyin əsası yoxdur”.

Əvvəlki Yazı

Ötən ay Azərbaycan sərhədini pozan 20 əcnəbi saxlanılıb

Növbəti Yazı

Bakıda yanğın-xilasetmə xidmətləri rəhbərlərinin beynəlxalq konfransı keçirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.