İyun 1, 2026-6:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

MDBMİ-də Rusiya–Azərbaycan münasibətlərinə həsr olunmuş dəyirmi masa keçirilib

2025:12:02 - 10:00
in SOSİAL
A A

Rusiyanın Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) “Dəyişən beynəlxalq münasibətlər dövründə Rusiya–Azərbaycan əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib. Tədbir MDBMİ-nun Azərbaycan Klubunun təşəbbüsü və universitet rəhbərliyinin dəstəyi ilə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada MDBMİ-nun rektoru, professor Anatoli Torkunov, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Rusiya XİN-in nümayəndələri, universitetin professor-müəllim heyəti, rusiyalı ekspertlər və MDBMİ-da təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbiri açan Anatoli Torkunov MDBMİ ilə Azərbaycan universitetləri arasında uğurlu əməkdaşlığı yüksək qiymətləndirib. O qeyd edib ki, mövcud birgə proqramlarla yanaşı, bu gün nəqliyyat-logistika sahəsində mütəxəssis hazırlığını nəzərdə tutan ortaq təhsil proqramlarının həyata keçirilməsi xüsusi aktuallıq kəsb edir. Rektor, həmçinin azərbaycanlı tələbələrin universitetin elmi və ictimai fəaliyyətində fəal iştirakını vurğulayıb.

Sonra çıxış edən səfir Rəhman Mustafayev iştirakçıları Azərbaycanın müasir daxili və xarici siyasətinin prioritet istiqamətləri barədə məlumatlandırıb. O, işğaldan azad olunmuş ərazilərin bərpası proqramı və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması prosesi haqqında danışıb.

Səfir, həmçinin Azərbaycan–Ermənistan normallaşma prosesinə toxunaraq, tərəflərin etimadın möhkəmləndirilməsi istiqamətində atdığı addımları qeyd edib. O bildirib ki, Azərbaycan üçün Xəzər beşliyi, “3+3”, “Mərkəzi Asiya + Azərbaycan” və TÜRKSOY kimi regional əməkdaşlıq formatlarının inkişafı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan–Rusiya müttəfiqlik münasibətlərinin dinamikasına toxunan səfir əlavə edib ki, bu münasibətlər ötən il AZAL sərnişin təyyarəsi faciəsi ilə bağlı yaşanan böhran sınağından da keçdi. Onun sözlərinə görə, 9 oktyabrda Düşənbədə iki ölkə liderləri arasında keçirilən görüş münasibətlərin normallaşmasında mühüm addım oldu.

Dəyirmi masa çərçivəsində Rusiya XİN nümayəndələrinin, MDBMİ müəllimlərinin və rusiyalı siyasi ekspertlərin çıxışları dinlənilib, Azərbaycan–Rusiya gündəliyinin müxtəlif məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Əvvəlki Yazı

Ağ Ev: ABŞ ölkə üçün təhlükəli hesab edilən qanuni miqrantlar üçün vizaları ləğv edir

Növbəti Yazı

Taleh Kazımovun Cənubi Koreyaya işgüzar səfəri başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.