İyun 23, 2025-15:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir

2023:11:13 - 15:55
in MƏDƏNİYYƏT
A A
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində noyabrın 13-də nazir Adil Kərimli ilə Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında ikitərəfli görüş keçirilib.

Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Qeyd edilib ki, dövlət başçılarımız arasında olan dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafında müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda əlaqələrimizin yüksək səviyyəsi ortaq türk mədəniyyətinin dünyada tanıdılmasına da öz töhfəsini verir.

Görüşdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər, xüsusən bu ilin oktyabrında Şuşada gerçəkləşən I Türk Dünyası Mədəniyyət Forumunun əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının görüşündə də bu forumun önəmi qeyd olunub.

Söhbət zamanı birgə mədəni tədbirlərin keçirilməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili, eyni zamanda Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Türkiyədəki səfirliyimizin nəzdində yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

“Heydər Əliyev və Azərbaycan Mülki Aviasiyası-100” kitabının təqdimatı olub

Növbəti Yazı

Vətən müharibəsində görmə qabiliyyətini itirən qazilərə həsr olunan filmin nümayişi olub 13.11.2023 [15:46]

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.