İtaliyanın baş naziri Giorgio Meloni hesab edir ki, gərginliyin təhlükəli artmasının qarşısını almaq üçün NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqonenin Rusiyaya qarşı qabaqlayıcı zərbənin mümkünlüyü ilə bağlı fikirləri düzgün şərh edilməlidir.
“Hazırda hər bir söz çox diqqətlə ölçülməlidir. Bu, çox incə məqamdır və qorxuların yaranmasına və böyüməsinə imkan verməmək vacibdir”, – Meloni bildirib. O, admiralın ilk növbədə kiber təhdidləri nəzərdə tutduğuna inanır. Meloni Körfəz Əməkdaşlıq Şurasının iclasında iştirak etdiyi Bəhreynə səfərindən sonra jurnalistlərlə söhbətində deyib: “Bu sözlərdə gördüyüm şey bu idi: NATO müdafiə ittifaqıdır; müdafiə etməklə yanaşı, təhlükələrin qarşısını almaq vəzifəsi də var.
Daha əvvəl “Financial Times” qəzetinə müsahibəsində NATO Hərbi Komitəsinin rəhbəri admiral Cüzeppe Kavo Draqon bildirmişdi ki, Şimali Atlantika Alyansı Rusiyanın guya aqressiv hərəkətlərinə cavab olaraq qabaqlayıcı addımlar atmaq imkanını nəzərdən keçirir, lakin belə bir qərar bir sıra hüquqi çətinliklərlə üzləşir. (Tass)
