Avqust 17, 2026-12:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

 “SİMA Token”in hüquqi şəxslər və dövlət qurumları üçün onlayn sifariş imkanı yaradılıb

2025:12:04 - 10:57
in GÜNDƏM
A A

“AZCON Holding”in şirkətlərindən olan “AzInTelecom” MMC artıq hüquqi şəxslər və dövlət qurumları üçün “SİMA Token” elektron imzasını onlayn sifariş etmək imkanı yaradıb.

Təxminən bir il əvvəl vətəndaşlar və sahibkarlar üçün təqdim edilən bu xidmətin imkanları genişləndirilib və indi bütün istifadəçilər www.sima.az saytı üzərindən “SİMA Token” elektron imzasını istənilən vaxt sifariş edə bilərlər. Bunun üçün dövlət qurumları və hüquqi şəxslər SİMA kabinetinə daxil olaraq “İşçilər” bölməsində rəsmi əməkdaşlarını görə və onların “SİMA İmza” və “SİMA Token” üzrə imzalama səlahiyyətlərini idarə edə bilirlər.

Əvvəlcə “Sifariş məlumatları” səhifəsində əməkdaş haqqında zəruri məlumatlar daxil edilir və məlumatlar tamamlandıqdan sonra müqavilə “SİMA İmza” ilə imzalanır. Ödəniş həyata keçirildikdən sonra “SİMA Token” sifarişinin icrasına başlanılır və istifadəçi “Ümumi sifarişlər” səhifəsində sifarişin statusunu mərhələlər üzrə izləyə bilir.

Hüquqi şəxslər üçün 3 illik “Token” imzasının məbləği 72 manat, dövlət qurumları üçün isə 58 manat təşkil edir.

“SİMA Token” beynəlxalq standartlara uyğun, virtual məkanda şəxsiyyəti təsdiqləyən və qanunvericiliyə əsasən əl imzası ilə eyni hüquqi qüvvəyə malik gücləndirilmiş elektron imzadır. “SİMA Token”in əsas üstünlükləri tanınma, məxfilik, bütövlük və inkarolunmazlıq prinsiplərinə əsaslanır. Bu imzadan elektron imza tələb olunan bütün sahələrdə, o cümlədən elektron vergi portalında, ipoteka müraciətlərində, elektron məhkəmə sistemində, mobil notariatda, ƏMAS platformasında və bank-maliyyə xidmətlərində istifadə etmək mümkündür.Azərtac.

Əvvəlki Yazı

Yusif Məmmədəliyevə həsr olunan olimpiada keçirilməsi nəzərdə tutulur

Növbəti Yazı

Hikmət Hacıyev və Armen Qriqoryan Dohada görüşəcəklər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.