İsrail ordusu Livan ərazisindən Hizbullah şiə milislərinin buraxdığı ən azı dörd pilotsuz uçuş aparatını vurub. Bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Onun məlumatına görə, kamikadze pilotsuz təyyarələr sərhədə yaxınlaşarkən məhv edilib.
Bundan əvvəl Hizbullah öz Telegram kanalında yəhudi dövlətinin müdafiə naziri Yoav Qalantın noyabrın 12-də ziyarət etdiyi Pranit qəsəbəsindəki kazarmalar ərazisində İsrail əsgərlərinə qarşı əməliyyat keçirdiyini açıqlamışdı. Kommunikedə şiə yaraqlılarının hücumda idarə olunan tank əleyhinə raketlərdən istifadə etdiyi və bütün hədəfləri vurduğu bildirilib. “Düşmən ölən və yaralananlarla itki verib”, mətndə deyilir.
Qalant sərhəddəki hərbi bazaya səfəri zamanı Livan sakinlərinə xəbərdarlıq edib ki, Hizbullahla genişmiqyaslı müharibə olarsa, İsrail ordusu hazırda Qəzzada apardığı əməliyyatı Beyrutda təkrarlamağa hazırdır. (Tass)