ABŞ-nin Ukraynaya dair sülh planı dörd ayrı paketdən ibarətdir və bu paketlərə ərazi və iqtisadi məsələlər, Ukraynanın suverenliyi və Avropa təhlükəsizliyi ilə bağlı müddəalar daxildir.
Ritorika.az xəbər verir ki, bu barədə “The New York Times”məlumat yayıb.
Mənbələrin sözlərinə görə, paketlərdən biri Ukraynanın suverenliyi, sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması və raket poliqonları ilə bağlı məsələləri əhatə edir. Digər paketlər isə ərazi məsələləri, iqtisadi əməkdaşlıq və daha geniş Avropa təhlükəsizliyi ilə bağlı məqamları özündə birləşdirir.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-nin hazırladığı sülh planının 28 bəndinin aktual olaraq qaldığını və müzakirələrin davam etdiyini bildirmişdi. Onun sözlərinə görə, Vaşinqton həmin bəndləri sadəcə olaraq dörd ayrı paketə bölməyi təklif edib.
Ritorika.az
