Avqust 15, 2026-18:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasının Prezidenti Azərbaycanın Keniyadakı səfirliyində olub

2025:12:04 - 16:31
in SİYASƏT
A A

Dekabrın 4-də BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasının (UNEA7) Prezidenti, Oman Sultanlığının ətraf mühit naziri Abdullah Bin Ali Al-Amri Azərbaycanın Keniyadakı səfirliyini ziyarət edib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Abdullah Bin Ali Al-Amri, Omanın Keniyadakı səfiri Nasra Salem Əl-Haşmi və onları müşayiət edən heyət səfirlikdə yaradılmış Ümummilli Lider Heydər Əliyevin xatirə otağı və dövlətçilik guşəsi ilə tanış olub, onun xatirəsini ehtiramla yad edib. Səfir Sultan Hacıyev Azərbaycanın dövlətçilik tarixi, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər, işğaldan azad olunmuş ərazilərdə bərpa-yenidənqurma və humanitar minatəmizləmə üzrə aparılan genişmiqyaslı işlər, habelə sülh gündəliyində müşahidə olunan irəliləyişlər haqqında məlumat verib.

Nazir Abdullah Bin Ali Al-Amri BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Daimi Nümayəndələr Komitəsinin sədri qismində Azərbaycanın növbəti həftə başlayacaq UNEA-nın 7-ci sessiyasına hazırlıqlarda Omanın UNEA7 sədrliyi ilə səmərəli əməkdaşlığından razılığını ifadə edib. Azərbaycanın sədrliyi ilə öz işinə başlayan Daimi Nümayəndələr Komitəsinin açıq tərkibli iclasının məhsuldar fəaliyyətinə görə təşəkkür edib.

Səfir Sultan Hacıyev 2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş Azərbaycanın UNEP-lə əməkdaşlığa və UNEA-nın uğurlu nəticələr göstərməsinə böyük diqqət göstərdiyini bildirib, Omanın UNEA7-nin hazırlıq proseslərində göstərdiyi aktiv fəaliyyətini yüksək qiymətləndirib.

Səfir Azərbaycanın 2026-cı ilin mayın 17-22-də ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə məlumat verib. Bildirib ki, iqlim dəyişmələri və dayanıqlı şəhərsalma proseslərinin qarşılıqlı təsirləri bu mötəbər tədbirin əsas mövzulardan olacaq.

Əvvəlki Yazı

Konstitusiya və Suverenlik medianın gözü ilə: Dövlətçilik ideyasının yeni mərhələsi TƏHLİL

Növbəti Yazı

“AzerGold”un Müşahidə Şurasının tərkibi yeniləndi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.