Rusiya Hindistanla müdafiə sektorunda fəal əməkdaşlıq edir və texnologiyaları paylaşır. Bunu “India Today” telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin deyib.
“Biz Hindistanla texnologiyaları təkcə satmırıq, həm də paylaşırıq və bu, müdafiə sektorunda çox nadir haldır”, – dövlət başçısı bildirib.
“Hindistan bu sahədə etibarlı və imtiyazlı tərəfdaşlarımızdan biri kimi seçilir”, – Putin vurğulayıb. (Tass)
