İyun 19, 2025-22:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

“Səkkiz kəndin Azərbaycana qaytarılması sülh müqaviləsində öz əksini tapmalıdır” – RƏY

2023:11:13 - 17:25
in SİYASƏT
A A

“Səkkiz kəndin Azərbaycana qaytarılması sülh müqaviləsində öz əksini tapmalıdır”.

Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, anklavların Azərbaycana qaytarılması vacib məsələdir və hazırda gündəmdədir.

Ekspert bildirib ki, Azərbaycan yaxın gələcəkdə Qazaxın yeddi və Naxçıvan Muxtar Respublikasının bir kəndi ilə bağlı əməli işlərin görülməsini gözləyir:

“Xarici işlər naziri Ceyhun Bayramovun bu yaxınlarda həmin məsələni gündəmə gətirməsi də onu göstərir. Çünki Ermənistanla həll olunmamış məsələlərdən biri, hətta ən əsası məhz budur”, – politoloq deyib.

İlqar Vəlizadə qeyd edib ki, əgər Ermənistan Azərbaycanla münasibətləri tənzimləmək istəyirsə, ilk olaraq kəndləri geri qaytarmalıdır. “  Əgər” kəndlər Azərbaycana qaytarılmasa, Ermənistanla Azərbaycan münasibətlərinin normallaşdırılması da mümkün olmayacaq. Ona görə də bu məsələ sülh müqaviləsində də öz əksini tapmalıdır. Sülh müqaviləsi üçün tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımalıdırlar”, – o deyib.

Politoloq vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan tez-tez Azərbaycanın ərazi bütövlüyündən söz açılanda 86,6 min kvadrat kilometr ərazisindən danışır və həmin ərazinin daxilində səkkiz kənd də var:

“Ona görə də əgər Ermənistan, doğrudan da, qarşılıqlı şəkildə ərazi bütövlüyü məsələsini həll etmək istəyirsə, anklavları qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır və həqiqətən yardım etmək istəyən vasitəçilər də bu istiqamətdə Ermənistanın qarşısına tələb qoymalıdırlar”.

Əvvəlki Yazı

Rabatda Mərakeş-Azərbaycan Birgə Komissiyasının 2-ci iclası keçirilib

Növbəti Yazı

Ceyhun Bayramov Mərakeşin mərhum kralı V Məhəmmədin məqbərəsini ziyarət edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.