Avqust 17, 2026-2:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Milli Məclisin üzvü APA-nın Siyasi məsələlər üzrə Daimi Komitəsinin iclasında iştirak edib

2025:12:05 - 10:31
in SİYASƏT
A A
Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev 2025-ci il dekabr ayının 4-də İran İslam Respublikasının Məşhəd şəhərində keçirilən təşkilatın Siyasi məsələlər üzrə Daimi Komitənin iclasında iştirak edib.

“Report” xəbər verir ki, açılış mərasimində İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf, APA-nın baş katibi Məhəmməd Rza Məcidi, Milli Məclisin APA-dakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev və Xorasan Rəzəvi vilayətinin Baş Qubernatoru Qolamhüseyn Moazzəffəri çıxış ediblər.

R.Nəbiyev çıxışında parlament diplomatiyasının artan əhəmiyyətini vurğulayaraq Milli Məclisin sədrliyi dövründə APA-nın fəaliyyəti barədə məlumat verib. O bildirib ki, bugünkü mürəkkəb qlobal mühitdə parlament diplomatiyası beynəlxalq münasibətlər sistemində multilateralizmin təşviqi üçün mühüm əhəmiyyət kəsb edir. APA kimi parlament assambleyaları həm regional, həm də qlobal səviyyədə qarşıda duran çağırışların həllində aparıcı qurumlardan birinə çevrilməkdədir.

Deputat Zəngəzur dəhlizinin Orta Dəhlizin vacib seqmenti kimi əhəmiyyətindən danışaraq onun Şərq–Qərb və Şimal–Cənub nəqliyyat-ticarət əlaqələrinin intensivləşməsindəki potensial rolunu qeyd edib. O bildirib ki, Şərq–Qərb və Şimal–Cənub dəhlizləri kimi əlaqələndirici layihələr Azərbaycan ərazisindən keçir: “Azərbaycan tərəfi həmçinin əmindir ki, Zəngəzur dəhlizi yaxın zamanda Şimal–Cənub Dəhlizinin mühüm seqmentinə çevriləcək və bu da sülhün, çoxtərəfli tərəfdaşlığın möhkəmlənməsinə töhfə verəcək. Zəngəzur dəhlizi Azərbaycanın sərhədlərinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularına fayda verəcək”.

Sonra Daimi Siyasi Komitə işini müxtəlif qətnamə layihələrinin müzakirəsi və digər nümayəndə heyəti rəhbərlərinin çıxışları ilə davam etdirib. “Demokratiya yolu ilə harmonik inkişaf”, “Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın qurulması” , “Uğurlu parlament təcrübələri”, “Asiya parlamentlərinin və hökumətlərinin birlikdə Asiyada rifahın naminə fəaliyyətləri” və digər mövzuları əhatə edən qətnamələr qəbul edilib.

Əvvəlki Yazı

Şamil Ayrım: Qərbi azərbaycanlıların qayıdışı sülhün əsas şərtlərindəndir

Növbəti Yazı

İlham Əliyev Bakıda mədəni irs və qayıdış hüququna dair beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.