Aİ Azərbaycana xəbərdarlıq edir ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyinin hər hansı pozulması yolverilməzdir və “ağır nəticələrə” gətirib çıxaracaq. Bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borrel Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“Biz Ermənistanda həm daxili, həm də xarici sabitliyi pozmağa yönəlmiş istənilən cəhdə qarşı çox ayıq olmalıyıq. Və Azərbaycana mesajımız aydındır: Ermənistanın suverenliyi və ərazi bütövlüyünün istənilən pozulması qəbuledilməz olacaq və münasibətlərimiz üçün ağır nəticələrə gətirib çıxaracaq”. deyib. (Tass)