Burkina-Fasonun şimalında ən azı 70 nəfər ölüb. Bu barədə Reuters Afrika ölkəsinin prokurorluğuna istinadən məlumat yayıb.
Əsasən qocalar və uşaqların öldürüldüyü qeyd edilir. Hücum noyabrın 5-də kəndlərdən birində baş verib. Səlahiyyətlilər, hücumda şübhəli bilinənlər də daxil olmaqla, hadisə ilə bağlı başqa məlumat verməyib.