Fələstinin HƏMAS radikal hərəkatı Qəzzaya nəzarəti itirib, onun tərəfdarları cənuba qaçır, yerli mülki əhali radikalların bazalarını talayır. Bu açıqlama ilə İsrailin müdafiə naziri Yoav Qalant çıxış edib.
“HƏMAS-ın İDF-nin qarşısını almağa qadir qüvvələri yoxdur. İDF bütün nöqtələrdə irəliləyir. HƏMAS Qəzzaya nəzarəti itirib. Terrorçular cənuba qaçır. Mülki əhali HƏMAS bazalarını talayır. Onların hökumətə etibarı yoxdur. ” deyə nazir bildirib. (Tass)