İyun 20, 2025-10:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Deputat: “Azərbaycanın balıqçılıq məhsulları ilə özünütəminetmə səviyyəsi aşağıdır”

2023:11:14 - 12:24
in İQTİSADİYYAT
A A

“Azərbaycanın balıqçılıq məhsulları ilə özünütəminetmə səviyyəsi aşağıdır, ölkədə istehsal olunan bu məhsullar daxili tələbatı tam ödəmək üçün yetərli deyil”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən plenar iclasında – 2024-cü ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.

“2014-cü ildə ölkədə adambaşına balıq və balıq məhsullarının illik istehlakı 7,2 kiloqrama, 2021-ci ildə 7,4 kiloqrama çatıb. Dünya üzrə bu göstərici 20,5 kiloqram, o cümlədən Avropada 24 kiloqramdır. Son 15 ildə ölkədə ovlanmış və yetişdirilmiş balığın həcmi 5 dəfəyə qədər artsa da, istehlak olunan balıqçılıq məhsullarının ümumi istehlakda payı cəmi 1 %-dir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2000-ci ildə 12 ədəd, 2020-ci ildə isə 7 ədəd balıqartırma müəssisəmiz olub. Hazırda bu müəssisələrdən 3-ü aktiv fəaliyyət göstərir. İllik istehsal gücü 15 milyon kq olan Xıllı Nərə Balıqartırma zavodunda 2019-2022-ci illər ərzində 2 144 135 ədəd nərə cinsli balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb ki, bu da 2002-2003-cü illərdəki müvafiq orta göstəricidən 37,3 dəfə azdır. Həmçinin, istehsal fəaliyyəti dayandırılmış özəlləşdirməyə açıq balıqartırma zavodlarının satışının gecikdirilməsi dövlət büdcəsinin xərcini artırır”, – deyə o qeyd edib.

“Akvakultura sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması üçün bu sahəyə diqqət ayrılmasına, investor cəlb edilməsi üçün şərait yaradılmasına, təsərrüfatlarda müasir və effektiv texnologiyaların tətbiqinə ehtiyac var”, – deyə Komitə sədri əlavə edib.

Əvvəlki Yazı

Zahid Oruc: “Qarabağda daimi yaşayan ailələrin üçüncü uşaq siyasəti stimullaşdırılmalıdır”

Növbəti Yazı

Canlı yayımda əsəbiləşən Netanyahu ABŞ-ı qorxudub: Növbə sizdədir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.