Avqust 17, 2026-12:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Prezident İlham Əliyevin Slovakiyaya səfəri mühüm nəticələrlə yadda qaldı

2025:12:12 - 17:04
in SİYASƏT
A A

Prezident İlham Əliyevin Slovakiyaya səfəri mühüm nəticələrlə yadda qaldı. Slovakiya ümumilikdə Avropada Azərbaycan üçün əhəmiyyətli tərəfdaşdır və münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə ortaq baxışlar mövcuddur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.

O bildirib ki, Slovakiya Avropa məkanında baş verən proseslər fonunda hər zaman öz milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətdir: “Eyni zamanda, Avropa İttifaqı və NATO-nun üzvü olan Slovakiya ilə yaxın əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirən amillərdəndir”.

Politoloq qeyd edib ki, Slovakiya vasitəsilə Avropaya enerji daşıyıcılarının çatdırılması xüsusi aktuallıq kəsb edir və səfər çərçivəsində enerji, geoiqtisadi və geosiyasi məsələlər geniş müzakirə olunub. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzura investisiyaların cəlbi də mühüm əhəmiyyət kəsb edir. Slovakiyalı iş adamlarının bu sahələrdə fəaliyyət göstərməsi Azərbaycan–Slovakiya əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verə bilər.

“Mövcud siyasi reallıqlarda dost və tərəfdaş dövlətlərin işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və Qarabağ ilə Şərqi Zəngəzurun bərpasında iştirak etməsi Azərbaycan üçün xüsusi önəm daşıyır. Həmçinin Avropa məkanında Azərbaycanın maraqlarına zidd mövqelər meydana gəldikdə Slovakiya və digər tərəfdaş ölkələr Azərbaycanı müdafiə etməlidirlər. Azərbaycanın mövqeyi və narrativləri Slovakiyaya aydın şəkildə çatdırılmalıdır. Bu baxımdan, səfərin çox mühüm geosiyasi nəticələr verdiyini qeyd etmək olar”,- deyə İ. Hüseynov vurğulayıb.

Əvvəlki Yazı

Yeməyi asta-asta yeməyin sağlamlığa faydaları – ARAŞDIRMA

Növbəti Yazı

Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.