İyun 20, 2025-9:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bakı Beynəlxalq Kitab Sərgisində gənclərlə görüş

2023:11:14 - 13:27
in MƏDƏNİYYƏT
A A

IX Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Gənclər Kitabxanasının “Ulduz” jurnalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində gənc yazarlarla görüş təşkil olunub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varis Yolçuyev, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn, şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri İntiqam Yaşar, gənc şairlər və yazıçılar iştirak ediblər.

Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov “Ulduz” jurnalı ilə birgə keçirilən layihə haqqında geniş məlumat verib. O, gənc istedadlara, şair və yazıçılara göstərilən dövlət qayğısından danışaraq, bu ənənənin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla, böyük diqqət və qayğı ilə davam etdirildiyini bildirib.

Varis Yolçuyev müasir dövrümüzdə gənclərin öz yaradıcılıq nümunələrini çap etdirmək üçün geniş imkanlara malik olduğunu qeyd edib, yeni minillikdə poeziya və nəsrin mövzusunun dəyişdiyini, yeni istiqamətlər və çalarlar ilə zənginləşdiyini deyib.

Fərid Hüseyn uzun illər davam edən Qarabağın işğalının və Şuşa itkisinin ədəbiyyatımıza, mədəniyyətimizə vurduğu zərbələrdən, yaratdığı boşluqlardan danışaraq, indi istedadlı gənclərin yaradıcılıqlarını məhz bu mövzuya yönəltməli olduqlarını diqqətə çatdırıb.

Təqdimatda Aygün Bayramlının, Emin Quliyevin, İntiqam Yaşarın, Şəhriyar del Geraninin və Fərid Hüseynin müəllifi olduqları şeirlər səsləndirilib.

Əvvəlki Yazı

“Ulduz”un məhsulları beynəlxalq sərgidə təqdim edilib

Növbəti Yazı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.