Noyabrın 16-da Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun müzakirəsinə başlayacaq. Bu barədə TASS-a ölkənin qanunvericilik məclisindəki mənbə məlumat verib.
“Sənədin komissiyada müzakirəsi bu cümə axşamı başlayacaq. Təsdiq edildikdən sonra bütövlükdə parlamentin səsverməsinə çıxarılacaq”, – agentliyin həmsöhbəti sənədə baxılmasının nə qədər vaxt apara biləcəyini açıqlamayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu oktyabrın 23-də imzalayaraq parlamentə təqdim edib. Türkiyə hakimiyyəti daha əvvəl parlamentin payız sessiyasının başlaması ilə İsveçin müraciətinə oktyabrda baxılmasının mümkünlüyünü açıqlamışdı.
Protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, ancaq Türkiyə və Macarıstan onu təsdiq etməyib. Bu sənədin Ankara tərəfindən vaxtından əvvəl ratifikasiyasına dair razılıq NATO, Türkiyə və İsveç arasında iyulda Vilnüsdə NATO sammitindən əvvəl əldə edilib, lakin bundan sonra Türkiyə tərəfi ərizənin təsdiqlənməsi üçün bir sıra şərtlər, o cümlədən terrorizmlə mübarizə, Aİ ilə iqtisadi və viza inteqrasiyasının sürətləndirilməsi məsələsini irəli sürüb. (Tass)