İyun 21, 2025-0:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Naxçıvanda gələn il büdcə gəlirlərinin 173 milyon manatdan artıq olacağı gözlənilir

2023:11:14 - 17:30
in İQTİSADİYYAT
A A

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin gəlirlərinin 2023-cü illə müqayisədə 13,7 % çox – 173,1 milyon manat olacağı proqnozlaşdırılır.

Bu barədə “Report”un yerli bürosuna yerli Nazirlər Kabinetindən bildirilib.

Məlumata görə, muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi ilə əlaqədar keçirilən növbəti plenar iclasda iştirak edib. Hökumət başçısı bildirib ki, büdcə gəlirlərinin tərkibində əsas yeri 30,4 % payla əlavə dəyər vergisi, 24,6 % payla fiziki şəxslərin gəlir vergisi, 29,1 % payla aksiz vergisi və 15,9 % payla digər vergilər tutacaq.

Xatırladaq ki, gələn il Naxçıvanın büdcəsinin bu ilə nisbətən 14,65 % az – 516,4 milyon manat olacağı gözlənilir. Bu məbləğin 66,5 %-i və yaxud 343,3 milyon manatı dövlət büdcəsindən ayrılacaq dotasiya hesabına təmin olunacaq. Bu isə 24,2 % azalma deməkdir.

S.Məmmədov diqqətə çatdırıb ki, hökumət büdcə gəlirlərinin maksimum artırılması hesabına mərkəzi büdcədən muxtar respublikaya ayrılan dotasiyanın azaldılması üçün bundan sonra da tədbirlər həyata keçirəcək.

Əvvəlki Yazı

İsrail ölkələrə yalnız öz vətəndaşları üçün təxliyə siyahılarını təqdim etməyi tapşırıb

Növbəti Yazı

Daha bir qrup müharibə veteranı üçün kiçik bizneslər yaradılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.