İşğal altındakı Qəzza zolağında qeyri-insani hücumunu davam etdirən İsrail ordusu İordan çayının qərb sahilində fələstinliləri tək qoymur. Oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində və Qüdsdə 197 fələstinlini qətlə yetirən İsrail qüvvələri bu dəfə Fələstinin keçmiş prezidenti Yasir Ərəfatın Tülkərim şəhərindəki abidəsini buldozerlə dağıdıb.
Fələstinin İordan çayının qərb sahilində yerləşən Tulkerim Qaçqınlar Düşərgəsinin girişində yerləşən Fələstinin keçmiş prezidenti Yasir Ərəfatın abidələri və büstləri İsrail qüvvələri tərəfindən buldozerlə məhv edilib. Abidələrin dağıdılmasının səbəbi göstərilməyib. (Haberler.com)