İsrailin Fələstinə hücumları 39-cu gündür davam edərkən Natanyahunun krediti tükənir. HƏMAS-a hücum etmədən belə seçkidə yenidən qalib gəlməsi çətin görünən Netanyahunun gələcəyi Qəzza müharibəsindən sonra partiyasında nazirlər və millət vəkilləri arasında müzakirə olunmağa başladı. “Likud”a üzv nazirlər və deputatlar Netanyahudan etimad səsverməsini geri götürməyi, onu baş nazirlikdən uzaqlaşdırmağı və başqa lider seçməyi planlaşdırır.
Xəbərdə Likud millət vəkillərinin niyə belə bir mövqe tutduğuna da toxunulub və Netanyahunun partiyanın başında qalsa və növbəti seçkilərdə məğlub olacağı təqdirdə, sözügedən deputatların bir çoxunun artıq siyasi sistemin mühüm bir parçası ola bilməyəcəyi qeyd edilib. Bu səbəblə bir qrup millət vəkili Qəzzada müharibənin tamamlanmasından sonra etimad səsverməsi istiqamətində addımlar atma ehtimalını araşdırdığı ifadə edilib. (Tass)