ABŞ Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Rusiya prezidenti Vladimir Putinin dövlət iqamətgahına etdiyi terror hücumunun səbəblərini araşdırmaq üçün mövcud kəşfiyyat məlumatlarını hərtərəfli araşdırmaq niyyətindədir. Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakr bildirib.
O, Fox Business-ə verdiyi müsahibədə məsələyə toxunaraq deyib: “Kəşfiyyat məlumatlarına baxaraq məsələnin mahiyyətini anlayacağıq”.
Uitaker əlavə edib ki, Kiyevin belə bir hücumu “ehtiyatsızlıq” olardı və Ukraynada sülhün əldə edilməsi işinə kömək etməyəcək.
