Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şənlikdə iştirak edən uşaqlar Şəki Dövlət Dram Teatrında Yeni ilin gəlişi ilə əlaqədar hazırlanmış “İnəkgül və Şimşəkgülün Yeni il macərası” adlı nağıl-tamaşaya böyük maraqla baxıblar.
Nağıl-tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşad Rüstəmov, Fərahim Fətəliyev, Pərviz İsmayılov, İlkin Rüstəmov, Sənubər İsrafilova, Qurban Rəsulov, Nazilə İmamhüseynova, Elvin Mabudov, Nərmin Abbasova, Azad Məmmədov, Nuranə Mirzəliyeva, Gülxar İmamhüseynova, Arzuman Abdullazadə və Yaqub Lətifzadə ifa ediblər.
Şənlik Yeni il ərəfəsində uşaqlara böyük sevinc və bayram əhvali-ruhiyyəsi bəxş edib.

