May 30, 2026-22:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Vəkillər Kollegiyasının üzvləri uşaq sığınacağında yaşayan balacaların bayram sevincini bölüşüblər

2025:12:31 - 16:14
in SOSİAL
A A

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Qadın Vəkillər Alyansının üzvləri Mehriban Qadın və Uşaq Sığınacağını ziyarət ediblər.

Kollegiyadan AZƏRTAC-a verilən məlumata görə, ziyarət zamanı vəkillər sığınacaqda yaşayan uşaqlarla səmimi ünsiyyət qurub, onlarla birgə vaxt keçirərək bayram ab-havasını bölüşüblər. Uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, onların sevincinə və mənəvi dəstəyinə xüsusi diqqət göstərilib.

Sığınacağın rəhbəri Mehriban Zeynalova çıxış edərək qonaqları salamlayıb, Kollegiyanın sədri Anar Bağırova və Qadın Vəkillər Alyansının üzvlərinə uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova çıxışında bildirib ki, Alyansın əsas məqsədi sığınacaqda yaşayan uşaqlara yalnız hüquqi biliklərin çatdırılması ilə kifayətlənməyərək, eyni zamanda onlara sevgi, inam və gələcəyə ümid aşılamaqdır. O, bu cür sosial təşəbbüslərin davamlı olacağını vurğulayıb.

Ziyarət çərçivəsində Alyans üzvləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda keçirilən “Qarabağ” – “Ayaks” (2:4) oyununu Qadın və Uşaq Sığınacağında tək izləyən azyaşlı Əkbər Zülfüqarovla da görüşüblər. Ona sevimli komandaya aid forma və xatirə hədiyyələri təqdim olunaraq xüsusi diqqət göstərilib.

Əvvəlki Yazı

Prezident İlham Əliyev bu il ərzində 300-dən artıq tədbirdə iştirak edib

Növbəti Yazı

Xalq şairi Nəriman Həsənzadə xəstəxanadan evə buraxılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.