Venesuela hökuməti Kiyevin Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına zərbə endirmək cəhdini pisləyir və bunu beynəlxalq təhlükəsizliyə təhdid yaradan ağır terror aktı hesab edir. Bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
“Venesuela, 29 dekabr gecəsi Novqorod vilayətində Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına edilən hücumu qətiyyətlə pisləyir. Bu, beynəlxalq hüququ açıq şəkildə pozan və regional və beynəlxalq təhlükəsizliyə birbaşa təhdid yaradan son dərəcə ciddi bir terror aktıdır”, – deyə bəyanatda bildirilir.
