İsrailin Baş naziri Binyamin Netanyahu Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən olan immiqrantlara Yeni il təbriki ilə müraciət edərək, onların yəhudi dövlətinin inkişafına verdiyi töhfələri qeyd edib. Onun müraciətinin videoyazısı Baş nazirin ofisi tərəfindən yayımlanıb.
Baş nazir ivrit dilində yazılmış müraciətinə rus dilində əlavə edərək “Müstəqil Dövlətlər Birliyindən olan hər kəsə Yeni iliniz mübarək!” deyə başlayıb.
Netanyahu vurğulayıb ki, İsrail son iki ildə yeddi cəbhədə hərbi əməliyyatlar aparıb və “inanılmaz nailiyyətlər” əldə edib. O qeyd edib ki, “bunu əsgərlərimizin böyük qəhrəmanlığı sayəsində əldə etdik, onların əksəriyyəti MDB-dən olan immiqrantlardır”.
Baş nazirin sözlərinə görə, keçmiş Sovet İttifaqından olanların nailiyyətləri İsrail həyatının geniş sahələrində nəzərə çarpır. “Siz İsrailin təhlükəsizliyinə, elmi ictimaiyyətə, sənayeyə, yüksək texnologiyalara, hər yerə, o cümlədən mənim ofisimə böyük töhfə verirsiniz. Mən artıq general-mayor Roman Hoffmanı (Baş nazirin hərbi müşaviri, Belarus əsilli – TASS) Mossadın növbəti rəhbəri təyin etdim. Əminəm ki, bu, sizin yüksək peşəkarlığınızı əks etdirir. Ölkəmizin rifahı naminə daha da yüksəlməyinizi arzulayıram. Yeni iliniz mübarək!”, – deyə o, yekunlaşdırıb. (Tass)
