İyun 21, 2025-14:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bakıda “Web of science” elmmetrik bazası ilə bağlı təlimlərin açılış mərasimi olub

2023:11:15 - 11:51
in SOSİAL
A A

Bakıda “Web of science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili məqsədilə keçiriləcək təlimlərin rəsmi açılış mərasimi olub.

“Report” xəbər verir ki, mərasim İnformasiya Texnologiyaları İnstitutunda baş tutub.

Açılış mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev iştirak ediblər.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçiriləcək təlimlər ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının nümayəndələri üçün nəzərdə tutulub.

Agentliyin direktoru Ülkər Səttarova bildirib ki, müasir elmi informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir: “Bu gün toplaşmağımızın səbəbi elmmetriyanın əhəmiyyətini iştirakçılara çatdırmaqdır”.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Elm və Təhsil Nazirliyinin ölkədə ilk dəfə informasiya texnologiyaları sahəsində xarici şirkətlərlə müqavilə bağladığını bildirib: “Bizim ali təhsil müəssisələrimizin ali profillərinin yaradılması vacib məslə idi. Nazirlik bu sahədə ciddi addımlar atdı. Biz nazirlik olaraq vacib informasiyanı əldə etmək üçün bu resurslardan geniş istifadə edirik. Bunlar alimlərin əlinin altında olacaq bir resurslardır. 100-dən çox ali təhsil müəssisəsi bu resurslarla təmin olunub”.

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev isə qeyd edib ki, Elm və Təhsil Nazirliyi elm sahəsində yeni bir missiyanı öz çiyninə götürüb: “30 il ərzində ölkəmizin başı Qarabağ münaqişəsinə qarışmışdı. Bu gün bu problem həll olunub. Artıq gücümüzü elm sahəsinə həsr etməliyik. Elmmetriya ölkəmizdə aparılacaq islahatlar üçün vacib məsələdir. Ölkənin elmi problemlərinin qiymətləndirilməsi elmmetriyasız mümkün deyil. Elmmetriya olmasa, vəziyyəti qiymətləndirmək, nəyin çatışıb-çatışmadığını müəyyən etmək mümkün olmayacaq. Elmmetriya elm sahəsində görülən müxtəlif işlərin qiymətləndirilməsi üçün əsas amildir. İlk dəfə 1969-cu ildə Rusiyada tədqiq edilib, amma, 54 ildən sonra Azərbaycana gəlib”.

Əvvəlki Yazı

Baş nazirin müavini: “Azərbaycan DİM-in uğurla həyata keçirilməsinin çox gərəkli formulunu tapıb”

Növbəti Yazı

Azərbaycan Prezidenti: “Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümid edirik”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.