İyun 23, 2025-2:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Respublika Uşaq Kitabxanası IX Bakı Beynəlxalq Kitab Sərgisində tədbirlərini davam etdirir

2023:11:15 - 12:23
in SOSİAL
A A

Respublika Uşaq Kitabxanası və “Təhsil” Nəşriyyat evinin birgə təşkilatçılığı ilə Firidun bəy Köçərlinin anadan olmasının 160 illiyinə həsr olunmuş “Balalara hədiyyə” kitabı yeni tərtibatda oxuculara təqdim edilib.

AZƏRTAC xəbər verir ki, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən təqdimat mərasimi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrının üzvlərinin təqdimatında “Tık-tık xanım” və “Qaravəllilər” kompozisiyası ilə başlanıb.

Filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimova çıxışında qeyd etdi ki, Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabı xalqın öz ana dili, soykökü, baba yazısı ilə qurduğu mənəvi-ruhsal rabitə kimi dəyərlidir. Firidun bəy Köçərli haqqında ən gözəl təyinlərdən birini görkəmli yazıçı-ədəbiyyatşünas Mir Cəlal Paşayev vermişdir: “Bir institutun görə bilmədiyi işi Firidun bəy Köçərli təkbaşına görmüşdür”, – deyə onun ədəbiyyat tarixçiliyi istiqamətində gördüyü misilsiz xidmətin aliliyinə işarə etmişdir. Eyni qənaəti onun “Balalara hədiyyə” kitabı haqqında da səsləndirmək mümkündür. “Balalara hədiyyə” kitabı sonrakı neçə nəslin dünyagörüşünün formalaşmasında, onlarda mənəvi-əxlaqi keyfiyyətlərin dolğunlaşmasında, ən əsası, yaddaşlı bir nəslin günümüzədək zədəsiz gəlib çıxmasında xüsusi rolu olan mətnlər toplusudur.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı çıxışında qeyd etdi ki, milli ədəbiyyat tarixinin tədqiqində və təbliğində, Azərbaycan təhsilinin inkişafında, mədəniyyət və mətbuatının formalaşmasında əvəzsiz xidmətləri olan Firidun bəy Köçərlinin zəngin ədəbi irsi, çoxcəhətli fəaliyyəti həmişə diqqət mərkəzində olub. Tərəqqipərvər şəxsiyyətin istər elmi, istər pedaqoji, istər ictimai fəaliyyəti qədrşünas insanlar tərəfindən həmişə yüksək dəyərləndirilib. Ancaq bu il 160 illiyini qeyd etdiyimiz maarif xadiminin irsi hər zaman aktuallıq kəsb etdiyi üçün yenidən araşdırılmasına, nəşr olunmasına, gənc nəslə təqdim olunmasına ehtiyac var. Bu gün bu dəyərli kitabın yenidən nəşr olunub sevimli balaların ixtiyarına verilməsi onlara hədiyyə olmaqla yanaşı, həyatını uşaqların işıqlı sabahına həsr edən Firidun bəyin xatirəsinə də ehtiramdır.

“Balalara hədiyyə” kitabının redaktoru, uşaq yazıçısı, publisist Sevinc Nuruqızı və naşir Tural Axundov da kitabın yeni və fərqli formatda nəşr olunması və bu işdə uşaqların iştirakını xüsusi qeyd edərək bildirdilər ki, kitabın yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsi, bir vətəndaş kimi formalaşmasında xüsusi əhəmiyyəti vardır.

Sonda kitabın ideya müəllifi və tərtibçisi Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar Mədəniyyət İşçisi Şəhla Qəmbərova çıxışında qeyd etdi ki, Azərbaycan xalqının böyük maarifpərvər oğlu Firidun bəy Köçərli geniş xalq kütləsinin savadlanması yolunda çox iş görüb. 1912-ci ildə çap olunan “Balalara hədiyyə” kitabı da belə ali məqsəd daşıyırdı. “Balalara hədiyyə” kitabında müəllif Azərbaycan folkloruna aid topladığı materialları oxuculara çatdırmışdır.

İlk dəfə 1912-ci ilin may ayında İsabəy Aşurbəylinin “Kaspi” mətbəəsində çap olunmuş 102 səhifəlik “Balalara hədiyyə” kitabı iki hissədən ibarət olub, 75 kiçik həcmli didaktiki əsərləri özündə cəmləşdirib. Müəllif yaş səviyyəsinə müvafiq olaraq birinci hissəyə 49, ikinci hissəyə 26 didaktik mənzum parça, nağıl, hekayə, tapmaca, sayaçı sözlər və başqa təlim-tərbiyə üçün zəruri olan mətnlər salınmışdır. Yeni nəşrə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinin üzvlərinin mövzuya uyğun çəkilmiş 61 adda rəsm və illüstrasiyaları salınıb. Həmçinin, kitab Firidun bəy Köçərlinin 160 illik yubileyi münasibətilə yeni formatda nəfis tərtibatla “Gənclik” nəşriyyatının 1967 və 1987-ci il nəşrləri əsasında hazırlanıb.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Əvvəlki Yazı

Deputat Kahramanmaraşda yeni salınacaq yaşayış massivinə Azərbaycanla bağlı adın verilməsini təklif edib

Növbəti Yazı

Bu gün Xalq artisti Xumar Zülfüqarovanın doğum günüdür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.