İyun 7, 2026-13:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Keramika ustası İranə Məmmədova: Türk ölkələri nümayəndələrinin birliyi təcrübə mübadiləsi və mədəni ənənələr baxımından çox vacibdir

2026:01:07 - 13:37
in MƏDƏNİYYƏT
A A

AZƏRTAC Türk dünyasının mədəniyyəti və incəsənəti ilə bağlı söhbətlər silsiləsini davam etdirir. Budəfəki qonağımız “Baku-Oxford School”un keramika ustası İranə Məmmədovadır.

Müsahibimizin izah etdiyi kimi, digər xalqların keramikası kimi, analoji türk sənəti də zamanla öz əsas elementlərini qoruyub saxlayaraq mənimsənilib.

İranə Məmmədova əlavə edib: “O, canlı mavi, firuzəyi, sarı, yaşıl, qəhvəyi rənglərlə – “həyat palitrası” ilə xarakterizə olunur. Mürəkkəb çiçəkli və həndəsi naxışlar və əlbəttə ki, formalar da diqqəti çəkir – məsələn, nar ornamentləri. Nar həm qayalarda, həm də qumda bitən olduqca davamlı bir ağacdır. Nar meyvələri sağlamlıq faydalarından əlavə, müxtəlif mədəniyyətlərdə dərin müqəddəs məna daşıyır. “Quran”da nar cənnət bağlarında yetişən, mənəvi təmizlənmə və bolluq rəmzi kimi xatırlanır. Mən nar meyvəsinin forması ilə işləməkdən, Azərbaycanın təbii xüsusiyyətlərini və gözəlliyini əlavə etməkdən zövq alıram”.

Keramika ustasının sözlərinə görə, türk ölkələrinin nümayəndələrinin bir araya gəlməsi təcrübə və mədəni ənənələri bölüşmək üçün çox vacibdir.

“Bu, ortaq tariximizi və mədəni irsimizi vurğulayan birgə layihələrin yaradılmasına kömək edir. Bakıda keramika simpoziumları keçirilib. Ən sevdiyim müəllim, keramika rəssamı Mir-Teymur Məmmədov da simpoziumlar təşkil edib. Bu, çox maraqlı və maarifləndiricidir. Bizim Bakıda və ətraf bölgələrdə, xüsusən də Şəkidə əla keramika mərkəzlərimiz var. Bakı keramika mərkəzi İçərişəhərdə, Mir-Teymurun evində yerləşir”, – deyə o qeyd edib.

Əvvəlki Yazı

Sabah hava yağmursuz və dumanlı olacaq

Növbəti Yazı

Prezidentin müsahibəsində yeni mərhələnin ideoloji və siyasi konturları açıqlandı – MÜSAHİBƏ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.