İyun 28, 2025-18:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Bakıda “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans təşkil edilib

2023:11:15 - 13:24
in SİYASƏT
A A

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans baş tutub.

“Report” xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, respublikada fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.

Konfransda ölkədəki milli birlik və dini həmrəylikdən bəhs edən videoçarx nümayiş etdirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Rus Pravosloav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının ictimai təşkilatlarla iş üzrə şöbəsinin müdiri Elnur Əfəndiyev, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan Bibliya Cəmiyyəti xristian dini icmasının sədri Rasim Xəlilov, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin tolerantlığa verdiyi önəmdən, həyata keçirdiyi müdrik siyasət nəticəsində respublikada yaşayan dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsindən, ölkənin nümunəvi tolerantlıq modelini formalaşdırmasından söhbət açılıb, sonda müzakirələr aparılıb.

Əvvəlki Yazı

“Regionlarda yerli hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələrinin səmərələşdirilməsi” layihəsi yekunlaşıb

Növbəti Yazı

Peskov Türkiyə vətəndaşlarının Netanyahuya qarşı iddia qaldırması fikrini şərh etməyib.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.